“Seçkilər zamanı ciddi qanun pozuntuları oldub və nəticələr Putinin lehinə saxtalaşdırılıb”
Rusiyada vətəndaş cəmiyyəti fəallarının prezident seçkilərini müşahidə etmək məqsədiylə formalaşdırdığı “Seçici Liqası” (Liqa İzbirateley) Vladimir Putinin qalib elan olduğu seçkiylə bağlı son hesabatını açıqlayıb. “Seçici Liqası” real nəticələr adlandırdığı hesabatda 4 mart prezident seçkilərinin nəticələrini tanımadığını bildirib. Təşkilat seçkilər zamanı ciddi qanun pozuntuları olduğunu və hakimiyyətin namizədi Vladimir Putinin lehinə nəticələrin saxtalaşdırıldığını bəyan edib.
“Seçici Liqası” apardığı müstəqil müşahidə və araşdırmalara istinad edərək Putinin rəsmi rəqəmlərdə göstərildiyi kimi 63.6 faiz yox, 53 faiz səs toplandığını açıqlayıb. Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə 7.82 faiz səslə üçüncü yeri tutan milyarder iş adamı Mixail Proxorovun isə seçicilərin 16 faiz səsini qazandığı qeyd olunub. Təşkilatın nümayəndəsi, politoloq Dmitriy Oreşkin bildirib ki, “Seçici Liqası”nın müşahidəçiləri əsasən Moskva və ölkənin ikinci paytaxtı Sankt Peterburqda prosesi izləyib. Oreşkin saxtakarlıq hallarına namizədlər arasında daha çox milyarder Mixail Proxorovun məruz qaldığını bildirib.
Politoloqun sözlərinə görə, baş verənlərə ümumi nəzər saldıqda seçkilər şəffaf keçirilməyib və ciddi qanun pozuntularıyla müşahidə olunub. Daha çox qanun pozuntuları əlavə seçki siyahılarının tərtibində qeydə alınıb. İstehsal müəssisələrində çalışanlar üçün tərtib olunan siyahılarda 3 milyon seçicinin adı artıq yazılıb.
İnformasiya şöbəsi