Keçmiş başçının daha bir mülkünü yandırmaq istədilər
Martın 7-də səhər saatlarında təxminən 20 nəfər Quba sakini rayonun icra hakimiyyətinin binası qarşısına toplaşaraq həbs olunan aksiya iştirakçılarının sərbəst buraxılmasını tələb ediblər.
Polis camaatı dağıdandan sonra bir qrup qəzəbli Quba sakini M.Ə.Rəsulzadə küçəsinə doğru yürüş edərək “İstefa” şüarları səsləndirməyə başlayıblar. Daha sonra sakitləşməyən qəzəbli aksiya iştirakçıları Rauf Həbibovun Qudyalçayın sahilində, Qələduz kəndində yerləşən villasına basqın edib yandırmaq istəyiblər. Onların bu planını bilən rayon polisi ixtişaşın qarşısını ala bilib. Gənclər qaçaraq ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, icra başçısının ən böyük mülkü sayılan bu villada hazırda hüquq-mühafizə orqanları axtarış aparır (musavat.com).