
ABŞ prezidenti Barak Obama təşkil etdiyi mətbuat konfransında Suriyaya hərbi müdaxilənin müzakirə mövzusu olmadığını deyib. Obama Bəşər Əsədin devriləcəyini, lakin ABŞ-ın bunu müttəfiqlərin köməyi ilə iqtisadi və siyasi sanksiyalar tətbiq etməklə edəcəyini bildirdi. Ağ Evdə verdiyi açıqlamada Amerikanın Suriyaya təkbaşına hərbi müdaxilə etməsinin səhv olacağını deyən Obama, bunun elə də asan məsələ olmadığını qeyd etdi. Liviya nümunəsində olduğu kimi Suriyaya hərbi müdaxilə məsələsində dünya ictimaiyyəti ortaq məxrəcə gələ bilməyib.
İranla bağlı suallara cavab verən Obama İranla müharibəyə başlamaq çağırışını edənlərin müharibənin ağır nəticələrini nəzərə almadıqlarını dedi. “İran ətrafında yaranmış böhranı sülh metodları həll etmək üçün fürsətdir, İrana tətbiq edilən sanksiyaların öz təsirini göstərməsi üçün bir qədər vaxt lazımdır.”