
Dağıstanda intiharçı-kamikadze qadının partlayıcı qurğunu polis postunun yanında işə salması nəticəsində dörd polis əməkdaşı həlak olub,iki nəfər ağır yaralanıb. Yerli hüquq-mühafizə orqanlarında mənbə bildirib ki, hadisə Qarabudağkənd qəsəbəsindəki polis postunda baş verib. Terror aktının detalları araşdırılır.
Dağıstanda Qarabudaqkəndin girişində 5 polisin ölümü ilə nəticələnən terror aksiyasını törədən terrorçu-kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib. Partlayışı bu ilin fevralında öldürülmüş qanunsuz silahlı qrupların üzvü Zaur Zagirovun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aminat İbrahimovanın törətdiyi açıqlanıb. Partlayıcı 2 kiloqram trotil gücünə bərabər olub. Beş polis hadisə yerindəcə keçinib, 2 polis yaralanıb.