Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Naxçıvanda

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvan şəhərinə gəliblər. APA-nın məlumatına görə, xarici işlər nazirləri bu gün səhər əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüş mediaya qapalı keçib.

Daha sonra nazirlər arasında təkbətək görüşlər olacaq.

Bu gün nazirlərin üçtərəfli və geniş tərkibli görüşləri planlaşdırılır. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.