“İndiki rejimlə Rusiyanın gələcəyi yoxdur”
Gürcüstan prezidenti Mixail Saakaşvili Vladimir Putinin yenidən Rusiya rəhbəri seçilməsinə münasibət bildirib. Prezident seçkilərinin nəticələrini şərh edən Saakaşvilinin sözlərinə görə, hazırki rejimlə Rusiyanın gələcəyi yoxdur. Çünki indiki hakimiyyət keçmiş düşüncəylə yaşayır və gələcəyə baxmaq fikrində deyil:“Onlar ölkələrini geriyə aparırlar. Rusiyada sabitlik pozulacaq. Bundan Gürcüstan da zərə görə bilər. Ona görə də, biz ölkəmizi sürətlə inkişaf etdirməliyik”.
azadliq.info