“Gilan” Kəmaləddin Heydərovdan alınır

Holdinq İlham Əliyevin kürəkəninə verilir

“Gilan Holdinq” və Qəbələ rayonu fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan alınır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq 5 gündür “Gilan Holdinq”də təhvil-təslim işləri aparılır. “Gilan Holdinq”in işçiləri arasında dolaşan söhbətlərdə bildirilir ki, şirkət Ilham Əliyevin kürəkəni Emin Ağalarova verilir. Qəbələ rayonunun da ona hədiyyə edildiyi vurğulanır.

Oxucuların diqqətinə çatdıraq ki, son vaxtlar Paşayevlər Kəmaləddin Heydərovun nəzarətində olan biznes və media qurumlarını nəzarətə götürür. Bundan əvvəl xəbər yayılmışdı ki, “fövqəlnazir”in mətbuat orqanları ondan alınıb. Həmçinin Kəmaləddin Heydərovun nəzarət etdiyi nazirliklər də ard-arda onun əlindən çıxır. Bu sırada Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsini göstərmək olar. Məlumatlara görə, artıq hər iki qurum Paşayevlərin nəzarətinə keçib.

İnformasiya şöbəsi