Murovdağda 4 əsgəri don vurdu

Murovdağda hərbi xidmətdə olan Milli Ordunun dörd əsgərini don vurub. Bu barədə “Azadlıq”a həmin əsgərlərdən birinin yaxınları məlumat verib. Onların sözlərinə görə, Göygöl rayonunun Toğana kəndi ərazisində yerləşən “N” saylı hərbi hissənin 4 əsgəri dünən donvurma diaqnozu ilə Gəncədəki hospitala gətirilib. Əsgərlərdən ikisinin qulağını, digərlərinin isə ayaqlarını don vurduğu bildirilir.
Don vurmuş əsgərlərdən biri Ağdam hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1993-cü il təvəllüdlü Həsənov Nəsir Məhərrəm oğludur. Həmin əsgərin yaxınları bildirib ki, Gəncə hospitalına Şəmkir korpusunun rəisi, general Rövşən Əkbərov da gəlib. Əsgərlərin səhhəti ağır olduğundan korpus rəisi onların hərbi helikopterlə paytaxta çatdırılması haqda göstəriş verib.

Ərşad