Hakimiyyət Quba olayından təşvişə düşüb

Ilham Əliyevin keçirdiyi müşavirədə hadisələrin başqa rayonlara keçməməsi üçün tədbirlər görülməsi müzakirə olunub

Quba hadisələri baş verən gün belə bir xəbər yayıldı ki, Ilham Əliyev güc strukturları ilə müşavirə keçirib. Lakin bu barədə ictimaiyyətə heç bir məlumat verilmədi. “Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, müşavirədə DIN və MTN rəhbərliyi baş verən hadisələrə görə danlanılıb.
Buna səbəb hər iki qurumun vaxtında hadisələrin qarşısını ala bilməməsi olub. Daha sonra Quba üsyanının digər rayonlara sıçraya bilməsi müzakirə mövzusu olub. Müzakirələrdə xüsusilə oxşar hadisələrin baş verə biləcəyi daha çox gözlənilən rayonlara diqqət çəkilib. Ilham Əliyev güc strukturlarına göstəriş verib ki, hər ehtimala qarşı hazır olsunlar. Və riskli rayonlarda belə hadisələrin baş verməməsi üçün indidən müvafiq tədbirlər görsünlər.

Informasiya şöbəsi