Saakaşvili Bakıya gəlir

Gürcüstan prezidenti Mixail Saakaşvili martın 4-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər çərçivəsində M. Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

Səfər martın 7-də başa çatacaq.