Ben Ladenin cəsədi dənizə atılmayıb

Pakistanda qətlə yetirilən Osama Ben Ladenin cəsədi dənizə atılmayıb, yarılmaq üçün ABŞ-a göndərilib. Bu iddia Vikiliksin yeni yaydığı materiallarda yayılıb. Bir müddət ABŞ Xarici İşlər Nazirliyinin terrorla mübarizə şöbəsində çalışan Fred Burton Ben Ladenin öldürüldüyü günün səhərisi cəsədinin Merilend ştatındakı Betesda hərbi hissəsinin tibb mərkəzinə gətirildiyini deyib. Onun göndərdiyi e-mail məktubunda bu cümlələr yazılıb: “Mənə məlumat verildiyi qədər cəsədi özümüzlə gətirmişik. Tanrıya şükürlər olsun”. Onun fikrinə görə, Ben Ladednin cəsədi cinayət materialı idi. DNT analizi aparılmadan, barmaq izi götürmədən onunla belə davrana bilməzdilər.

azadlıq.info