İstanbulda polisə qarşı terror

İstanbulda Bakı vaxtilə 10:50də AKP-nin rayon qərargahı qarşısından keçən Çevik Polis dəstəsinın avtobusunda partlayış baş verib.

1 vətəndaş, 15 polis nəfəri yaralanıb. Partlayışa səbəb yol kənarında dayanan motosiklet olub. İçinə bomba qoyulan motosiklet uzaqdan idarəetmə ilə partladılıb. Türkiyə baş naziri Rəcəb Tayyip Erdoğan hadisə ilə bağlı çıxış edib: “Cinayətkarlar heç bir zaman istəklərinə çatmayacaqlar. Terrorla qətiyyətlə mübarizəmizi davam etdirəcəyik.”

azadliq.info