“Xalq təhqirə cavab verdi; aksiyanın miqyası o qədər böyük olub ki…”
Xarici mediada yayılan məlumatlarda xalqın kütləvi etirazı, icra başçısının evinin yandırılması xüsusi vurğulanıb
Martın 1-də səhər saatlarında Qubada başlayan xalq etirazı dünya mediasının baş xəbərlərindən biri olub. Quba camaatının icra başçısının evini yandırdığını, şəhərdə etirazı əks etdirən fotolar, videogörüntülər xarici saytlarda yayımlanıb.
Quba aksiyası haqqında məlumat Böyük Britaniyanın CNN telekanalında, “www.i4u.com” xəbər saytında, “Azadlıq” radiosunun rus və ingilis dilli xidmətlərində, Rusiyanın “Dojd” telekanalında, “The voice of Russia”, “Vestnik Kavkaza”, “Newsru.com”, Ukraynanın “Korrespondent.net” və digər portallarda, “Regnum”, “Bloomberg”, “AFP” kimi məşhur xəbər agentliklərində, Kanada xəbərlərində, Türkiyə mediasının “Haberx”, “Haberturk”, “Dünyabülteni” və başqa nüfuzlu xəbər saytlarında, NTV kimi tanınmış telekanalında və b. öz əksini tapıb.
Türkiyənin NTV telekanalı:
Türkiyənin “Haberx” internet qəzeti manşetdən verdiyi “Azərbaycanda xalq üsyan etdi” başlıqlı xəbərində bildirir:
“Azərbaycanın Quba rayonunda bu gün səhər saatlarında bir xalq üsyanı başladı və gün boyunca davam edən üsyanda, rayon icra başçısının villası yandırlıdı.
Xalqın qarşısını almağa yetərli olmayan polisə kömək üçün rayona gətirilən hərbi qüvvələrin müdaxiləsi də üsyanı yatıra bilmədi və xalq rayonu tamamilə ələ keçirdi.
Bakıya qaçan icra başçısı Rauf Həbibov canını qurtararkən, Bakıdan dərhal Qubaya gedən nəqliyyat naziri Ziya Məmmədovun xalqdan üzr istədiyi xəbər verilir.
Bundan başqa, rayonun iki millət vəkili də “xalqın haqlı, icra başçısının isə haqsız olduğu” istiqamətində bəyanat verdi.
Axşam saatlarına yaxın xalqın yenidən hərəkətləndiyi, rayon mərkəzini nəzarətə götürdüyü, xalqın bir hissəsinin isə rayon mərkəzinə yaxın bir kənddə icra başçısına məxsus villanı yandırmaq üçün o kəndə doğru hərəkət etdiyi bildirilir.
Digər tərəfdən isə Bakıdan Qubaya gedən yolu polisin tamamilə bağladığı, Bakıdan çıxan yüksək səviyyəli səlahiyyətlilərin içində olduğu bir kortejin də təhlükəsizlik güclərinin nəzarəti altında Qubaya doğru yol aldığı deyilir”.
“Habertürk” Quba hadisələrini “Azərbaycanda üsyan, xalq icra başçısının evini yandırdı” başlığı ilə təqdim edib.
“Dünyabülteni” saytında isə “Azərbaycanın Quba şəhərində xalq təhqirə cavab verdi, icra başçısının evini yandırdı”, – deyə bildirilib.
***
CNN televiziyası:
***
“tvrain.ru” saytı:
“Azərbaycanın Quba şəhərində baş verən hadisələrdən sonra ölkə rəhbərliyi ora zirehli texnika göndərməyə başlayıb. Artıq Azərbaycanda ikinci Janaozen hadisələri başlayıb”. Xatırladaq ki, bir qədər əvvəl Qazaxıstanın Janaozen şəhərində xalq yerli icra strukturlarına və sosial vəziyyətə etiraz olaraq, kütləvi aksiyalar keçirmişdi.
Xəbərdə deyilir ki, səhər tezdən yüzlərlə aksiyaçı icra hakimiyyətinin qarşısına yığışaraq rayon icra başçısının istefasını tələb edib: “Sonradan onların sayı 10 mini keçib. Vəziyyət o yerə çatıb ki, hadisələrin başqa regionlara yayılmaması və aksiyanı informasiya blokadasında saxlamaq üçün Qubada və qonşu rayonlarda internet kəsilib. Telefonların işləməsində fasilələr yaranıb”.
Saytın yazdığına görə, Daxili Qoşunların əsgərləri, yerli polislə toqquşmalar baş verib: “Amma onlar kütlənin qarşısında geri çəkilməli olublar. Bundan sonra yerli administrasiyanın binası və icra başçısının evi yandırılıb. Qeyri-rəsmi xəbərlərə görə, 200 nəfər saxlanılıb. Amma bu rəqəm öz təsdiqini tapmır”.
***
Rusiyanın “Dojd” telekanalı:
“INTERFAX.RU” xəbər saytı:
Aksiyanın miqyası o qədər böyük olub ki, polis gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edib. Sumqayıt şəhərindən tutmuş, Qubaya qədər yollar polis nəzarətindədir. Onlarla maşında şimal zonasına əsgər aparılır.
“Vedomosti” qəzeti isə baş verənləri belə təqdim edib:
“Qubada icra başçısının evi külə döndü. Qəzəblənmiş kütlə icra hakimiyyətinin binasını da yandırdı. Yanğınsöndürənlər binanın tam yanmasının qarşısını güclə alıblar”.
“lenta.ru” xəbər saytı:
“Azərbaycanın Quba şəhərində 10 min nəfərin yerli icra başçısının istefası tələbilə başladığı etiraz aksiyası elə onun istefasıyla da nəticələndi. Icra hakmiyyətinin binası və icra başçısı Rauf Həbibovun evi yandırıldı. Insanlar ona məxsus obyektləri də yerlə-yeksan etdilər”.
“Reportyor”:
“Ilham Əliyev hadisələrdən dərhal sonra Bakının ”Gənclik” adlı hissəsindəki tqamətgahından Prezident Administrasiyasına gəlib. Böyük ehtimalla Quba hadisələrilə bağlı toplantı keçiriləcək”.
“Qolos Rossii”:
“Uzun müzakirələrdən sonra rayonun icra başçısı Rauf Həbibov vəzifəsindən kənarlaşdırıldı. Onu orada saxlamaq yeni aksiyalara səbəb ola bilərdi”.
***
Gürcüstanın “Georgian Times” agentliyi:
“Aksiya iştirakçılarını qəzəbləndirən Həbibovun təhqirləri və rayonu talamasıdır. O, özünə və qayınanasına villalar tikdirib. Qorki küçəsindəki üçmərtəbəli villa, Olimpiya Mərkəzinin yanındakı evi, habelə, Gələdüz kəndində çay kənarındakı villalarının mövcudluğundan Qubada hamı xəbərdar idi. Bütün bu villalar və onun obyektləri yerlə-yeksan edildi. Bundan başqa, icra başçısı Həbibov dövlət büdcəsindən Quba rayonunda tikinti işlərinə ayrılan 800 min manatı (təxminən 1 milyon dollar) mənimsəməkdə ittiham olunur”.
***
“Newsru.com” xəbər portalı Qubada baş verənləri “Azərbaycanın şimalında xalq üsyan qaldırdı” başlığı ilə təqdim edib. Yazıda icra başçısı Rauf Həbibovun yerli əhalini təhqir etməsi və bundan qəzəblənən qubalıların heç nədən qorxmadan rayon rəhbrərliyi üzərinə hücuma keçdiyi vurğulanır.
Informasiya şöbəsi