Saakaşvili Rusiya ilə vizanı ləğv edir

Gürcüstan birtərəfli şəkildə Rusiya ilə viza rejimini ləğv edir. Bununla Rusiya vətəndaşlarının Gürcüstana rahat şəkildə istirahətə gəlməsi və bizneslə məğul olmasına şərait yaradılacaq. Təklifi ölkə prezidenti Saakaşvili fevralın 28-də parlament çıxışında irəli sürüb.
“Gürcüstana gələn Rusiya vətəndaşı istənilən başqa dövlətin vətəndaşı kimi qorunacaq və rahat şəkildə hərəkət edəcək. Çünki onlar korrupsiyanın, bürokratiyanın olmadığı, insan ləyaqətinin alçaldılmadığı bir ölkəyə gəlirlər”, – deyə Saakaşvili bildirib.
Daha əvvəl Şimali Qafqaz respublikaları üçün viza rejimi sadələşdirilmişdi.  
Saakaşvili ölkə əhalisinin artırmını stimullaşdırmağa da söz verib. Gələn il yanvarın 1-dən hər doğulan uşağa illik 600 dollar yardım ediləcək. Dördüncü uşağı olan ailələrdə bu məbləğ 1200 dollar olacaq. Dövlət həm də çox uşaqlı ailələrin uşaqlarını 18 yaşınacan sığortalayacaq.

azadlıq.info