Şimali Koreya nüvə fəaliyyətini dayandırır

Şimali Koreya rəhbərliyi ABŞ-ın ərzaq köməyi qarşlığında nüvə proqramı sahəsində fəaliyyətini dayandıracaq

Bu haqda ABŞ Dövlət Departamentinə istinadən Reuters xəbər yayıb. KXDR nüvə silahı və uzaq mənzilli ballastik raketlərin sınağını dayandırmağa söz verib. Həmçinin Yonbendə yerləşən nüvə kompleksində uranın zənginləşdirilməsi dayandırılacaq. Bundan başqa Pxenyan nüvə obyektlərinin MAQATE müfəttişləri tərəfindən yoxlanılmasına icazə verəcək.

Dövlət Departamentinin məlumatına görə 23-24 fevralda ABŞ və KXDR arasında aparılan ikitərəfli danışıqlarda razılıq əldə olunub. Nüvə proqramının dayandırılması əvəzində ABŞ Şimali Koreyaya 240 min ton ərzaq yardımı etməyə hazırdır. Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin hakimiyyəti dövründə nüvə proqramı iki dəfə – 2006 və 2009-cu illərdə fasilələrlə dayandırmışdı. 2011-ci ilin dekabrında onun vəfat etməsi və yerinə oğulun keçməsi yeni danışıqlar üçün şərait yaratdı.

azadliq.info