Ən yaxşı film adına “Artist” layiq görüldü
Fevralın 26-da Hollivudda 84-cü “Oskar” mükafatının təqdimat mərasimi olub.
Ən yaxşı film nominasiyası üzrə Mişel Xazanaviçusun ağ-qara “Atrist” filmi qələbə qazanıb. Mişel Xazanaviçus həmçinin ən yaxşı rejissor işi nominasiyasında da qalib olub. Ümumiyyətlə “Artist” filmi 5 nominasiyada “Oskar” alıb.
Ən yaxşı kişi roluna görə mükafatı “Artist”in qəhramanı Jan Djarden əldə edib. Kinorejissor Martin Skorsezenin “Zaman mühafizi” filmi ən yaxşı operator və ən yaxşı quruluşçu rejissor işinə görə qalib gəlib.
Ən yaxşı qadın rolu nominasiyasında mükafatı “İron lady” (Dəmir ledi) filmindəki roluna görə Meril Strip alıb. Bu, M.Stripin üçüncü “Oskar”dır.
82 yaşlı Kristofer Plummer “Beginners”lə (Başlayanlar) ən yaxşı köməkçi aktyor kimi mükafatlandırılıb. Bununla Plummer “Oskar” tarixində bu mükafatı alan ən yaşlı insan olub.
Martin Scorsesenin “Hüqo” filmi də “Artist” kimi 5 nominasiya üzrə “Oskar” qazanıb.
Ən yaxşı xarici film nominasiyasında isə mükafata İran istehsalı olan “Separation” layiq görülüb. Bu, “Oskar” alan ilk İran filmidir. Filmin rejissoru Əsgər Fərhadidir.