Həmasın öz şöbələrini Suriyadan çıxardığı barədə daha əvvəl məlumat yaymışdıq. Əsəd rejiminin müxalifətə qarşı qəddar münasibətini əsas gətirərək Həmas rəsmən Suriyanı tərk etdiyini bildirib. Bu haqda təşkilatın ikinci adamı sayılan Musa Əbu Marzuk məlumat verib. O, faktı təsdiqləyib.
Bəzi ofislərin Suriyada qalmasına baxmayaraq, Həmas təşkilat olaraq bu ölkədə olmayacaq. Hal-hazırda Misrdə yaşayan Əbu Marzuk Həmas lideri Xalid Meşal və müavinlərinin Qatarın payaxtı Doxaya köçdüyünü bildirib. Əbu Marzuk həmçinin Fələstin lideri Mahmud Abbasla razılığa gəldikləri milli birlik müqaviləsinə də toxunub. Tərəflərin isti münasibətlərinə baxmayaraq, qarşıda hələ ciddi maneələr dayanır.
azadliq.info