Çin parlamentinin 70 ən varlı deputatının biznesdən gəliri 2011-ci ildə 11,5 milyard dollar artaraq 89,6 milyard dollar olub
Bu haqda Şanxay şirkətin Hurun siyahısına istinadən Bloomberg agentliyi xəbər verir. Müqayisə üçün deyə ki, ABŞ-ın 660 siyasi simasının illik qazancının ümumi dəyəri 7,5 milyard dollar olub. Ümumçin Xalq nümayəndələri Məclisinin 3000 deputatı var. Ən varlı depuatalar sırasında 68 milyard yuan dəyərində sərvətlə Sun Sinxou gəlir. Dünyanın ən varlı qadını Vu Yaxun (42 mlrd yuan) bu siyahıdadır.
Əksər deputatlar daşınmaz əmlak hesabına varlanıblar. Parlamentdə bu qədər varlı adamın qərarlaşmasına səbəb ticari əlaqələrini siyasi cəhətdən sığortalamaq istəyilə bağlıdır. Bu halda dövlət onların mülkiyyətini müsadirə edə bilməz. ÇXR-ın sədri Xu Szintao və baş nazir Ven Szyabao gəlirləri haqda heç bir məlumat vermirlər. Daha əvvəl aparılan sorğuda Çin dövlət işçilərinin 40% etiraf etmişdi ki, onlar “çılpaq məmur” olmaq istəyərdilər. Bu təsnifata o kəsləri aid edirlər ki, onlar ailə və pulllarını xarici bank hesablarına köçürüb ölkədə idarəetmə strukturlarında işləməyə davam edirlər.
azadliq.info