İxtisasca diktator…

Təcrübəli politoloq, keçmiş diplomat Vəfa Quluzadənin hakimiyyətə çağırışını oxudum. Vəfa müəllimi narahat edən nədir? “Novosti Armeniya” agentliyinin xəbərinə görə, bir qrup Ermənistan müğənnisi Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakdan imtina etmələri barədə bəyanat yayıb. Onlar bu addımı Azərbaycanın ”antierməni siyasəti” aparması ilə əsaslandırıb. Rusiyanın “Dojd” televiziya kanalı da bəyanata xüsusi yer ayıraraq, ermənilərin bu addımı atmalarına bir neçə gün əvvəl cəbhə xəttində azərbaycanlıların erməni əsgərini qətlə yetirməsinin səbəb olduğunu bildirib. Bütün buÿ xəbərlərdən sonra Vəfa müəllim narahat olub: “Ermənistan növbəti dəfə azərbaycanlıları vəhşi kimi təqdim etməyə çalışır. Azərbaycan rəhbərliyi bunu ciddiyə almalı və dərhal reaksiya verməlidir”.
Vəfa müəllim təcrübəli və bilikli bir insandır. Amma onun sözlərini oxuyanda fikirləşdim ki, kaş bu qocaman insan həmin bəyanatı verməmişdən öncə Almaniyanın NDR kanalının bu günlərdə Azərbaycana həsr etdiyi verilişə baxaydı. Amerikanınÿ CNBC telekanalınınÿ beynəlxalq miqyaslı korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma barədəÿ “Çirkli zəngin” adlı sənədli filmi barədə isə sonda söhbət açacağam.
Alman kanalındakı veriliş “Azərbaycan kimdir?” sualı ilə başlayır və “biz indi sizə anladarıq” deyə süjet sonacan davam edir. Orada anladılanlardan şəxsən mən xəcalət çəkdim. Hamısı da həqiqətdir. Hamısını biz daha yaxşı bilirik. Bircə yalan da yoxdur. Avropalı jurnalistlərin sarkazmı qarşısında isə adam dəhşətə gəlir. Ermənilərin dediyi vəhşilik yalandır, amma biz vəhşi olmasaq da, deyəsən, doğrudan da vəhşi bir ölkədə yaşayırıq…
Vəfa müəllim, bu ermənilərin yalanları hamımızı narahat edir, amma bilirik ki, yalandır və sonacan yeriməz. Dünya da gözəl bilir ki, ermənilər yalanlara yaxşıca göz yaşı qata bilirlər. Hamı da bilir ki, cəbhə xəttində azərbaycanlı əsgərlər heç də az ölmür. Ümumiyyətlə, ermənilərin uğurunun və bizim uğursuzluğumuzun da əsas səbəbi bu yalan təbliğatı deyil. Onlar Rusiyanın dəmir pəncələrinə arxalanıb mənasız yalanlarla özlərinə təsəlli verirlər. Bunu gözəl bilirsiniz və zaman-zaman gözəl də ifadə edirsiniz.
Amma bizi dünyanın gözündə əsl vəhşiyə çevirən öz hakimiyyətimiz, onun ölkədə yaratdığı situasiya, Ilham Əliyevin dünyanın düzəninə sığmayan idarəçiliyidir. Alman jurnalistlər bizim ölkədəki qanunsuzluqları göstərir və deyirlər: “Ilham Əliyevin ixtisası diktatordur”.
Diktatura bu gün dünyada mədəni cəmiyyətlərə layiq sayılırmı?
Diktatura vəhşilik deyilmi?  
Vətəndaşın evini traktorun qabağına verib uçurmaq vəhşilik deyilmi?
Bizim məktəblər, məhkəmələr, xəstəxanalar, polisimiz mədəni ölkədənmi xəbər verir?
Biz ermənilərlə bitməmiş müharibə şəraitindəyik, hər halda bir-birimizi öldürməyimizin məntiqi aydındır. Bəs öz vətəndaşını döymək, əzmək, öldürmək necə, məntiqlidirmi?
Axı bu vəhşilikdir. Siz dünyanı və ölkəni, siyasəti və həqiqəti yaxşı bilən adam kimi bu vəhşilikdən söhbət açmalısınız. O vəhşilik bizi inkişafdan da saxlayır, erməniyə tam üstünlük nümayiş etdirməyə, Rusiyanın ziyanlı təsirindən qurtarmağımıza da imkan vermir.
Amerikanınÿ CNBC telekanalı ÿisə “Çirkli zəngin” filmində Azərbaycana da yer ayırıb. Burada Dubayda övladlarının adına bahalı villalar olan Azərbaycan prezidentindən danışılır. Vəfa müəllim, bəs bu hal necə, Azərbaycana yaxşı imic yaradırmı dünyada?