Fransanın məşhur “France 24” telekanalında Xocalı soyqırımına həsr olunmuş reportaj nümayiş etdirilib. Reportajda kanalın Cənubi Qafqaz üzrə müxbirinin ötən həftə Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər və qətliamın şahidlərilə söhbətləri öz əksini tapıb. “France 24”ün reportajında Xocalıda baş vermiş dəhşətli olay dünya tarixində ən faciəli qırğınlardan biri kimi səciyyələndirilib.
Reportajda əslən Xocalıdan olan və dəhşətləri gözlərilə görən bir qadın və qırğın zamanı 10 yaşı olan Anar Usubov dəhşətli faciə ilə bağlı xatirələrini bölüşərək, ermənilərin törətdikləri vəhşiliklərdən bəhs ediblər.
Reportajda, həmçinin Azərbaycanda 1 milyonadək qaçqının olduğu vurğulanıb, onların bir çoxunun üzləşdiyi ağır həyat şəraitindən bəhs edən kadrlar yayımlanıb.
Xocalı dəhşətləri Fransa telekanalında
•