Türkiyə prezidenti Abdulla Gül bu vəzifəyə gəldiyi 2007-ci ildən bəri ilk dəfə Silahlı Qüvvələrin hərbi təlimini izləyib. “2012-ci il qış təlimlərini” izləmək üçün dünən Qarsa gedən Gül eyni zamanda president kimi ilk dəfə hərbi formada görüntülənib.
Abdulla Gül hərbi təlimləri baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay, müdafiə naziri İsmət Yılmaz, baş qərargah rəisi Necdət Özel ilə birlikdə izləyib. Ölkə prezidenti təlimlərdən razı qladığını, Silahlı Qüvvələrin necə “koordinasiya içində, təhsilli və təchizatlı olduğunu görməkdən” qürur duyduğunu bildirib.
Abdulla Gül hərbi formada (FOTOLAR)
•
•