Tovuzdakı müəssisə naməlum səbəblərdən fəaliyyətini dayandırıb
Tovuzdakı süd emalı zavodu naməlum səbəblərdən fəaliyyətini dayandırıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, bu, zavodun açılışından qısa müddət keçəndən sonra baş verib. Zavodun hansı səbəbdən fəaliyyətini dayandırdığı bəlli deyil.
Xatırladaq ki, 2011-ci ildə zavodun açılışı olmuşdu. Açılış mərasimində Ilham Əliyev də iştirak etmişdi. Açılış mərasimində Ilham Əliyevin diqqətinə çatdırılmışdı ki, 25 nəfərin çalışdığı müəssisə qatıq, kəsmik, dovğa-ayran və pendir istehsal edəcək. Zavod fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”in sifarişi ilə tikilib.
Hikmət