Fevralın 21-də Bakıda daha bir yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Rasim Vəliyevə məxsus “BMW” markalı avtomaşın işıq dirəyinə çırpılıb. Sürücü idarəetməni itirib və maşın yaxınlıqdakı yerləşən, şəhər sakini İlham Musayevə məxsus ərzaq məhsulları mağazasının vitrin şüşəsinə dəyib.
Bundan sonra avtomobil yanmağa başlayıb və hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğını söndürüb.