Fevralın 20-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Zeynal Bağırzadənin mühakiməsi üzrə hazırlıq iclası davam edib. Zeynal Bağırzadənin qardaşı Yaşar Bağırsoy “Media forum” saytına açıqlamasında qaldırılan vəsatətlərin təmin olmadığını deyib.
Zeynal Bağırzadə 2011-ci il dekabrın 26-da vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə və dələduzluq ittihamları ilə tutulub. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. İstintaqın versiyasına görə, Zeynal Bağırzadə saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib.
Fevralın 17-də keçirilən hazırlıq iclasında Zeynal Bağırzadə cinayət işinin saxta olduğunu deyib xətm olunmasını istəmiş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müstəntiqi İlqar Əsgərovun prosessual normaları pozduğunu iddia edib onun barəsində xüsusi qərar çıxarılması, həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi və prosesin videoya çəkilməsi barədə vəsatətlər qaldırmışdı.
Zeynal Bağırzadənin işinə baxış fevralın 29-da davam edəcək.