Yük maşını körpüdən aşdı

Bakıda yük maşını körpüdən aşıb. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Heydər Əliyev prospektində qeydə alınıb. Məişət tullantıları daşıyan yük maşını idarəetməni itirərək körpüdən aşıb. Nəticədə maşının sürücüsü ağır yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.