İsgəndər Xəlilov obyektə 30 milyon manat qiymət qoyub
Uzun illərdir yarıdağılmış vəziyyətdə olan “Bakı” mehmanxanası satılır. Əldə etdiyimiz məlumata görə, mehmanxanaya 30 milyon manat qiymət qoyulub.
Oxucuların diqqətinə çatdıraq ki, 70-ci illərin əvvəllərində tikilmiş “Bakı” mehmanxanası AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyevə satılıb. Lakin sonradan mehmanxana Ilham Əliyevin əmisi Cəlal Əliyevin əlinə keçib. Hazırda isə mehmanxananın iş adamı Isgəndər Xəlilova məxsus olduğu bildirilir. Mehmanxananı da satışa çıxaran odur. Isgəndər Xəlilovun şəhərin mərkəzində olan bu obyekti nədən satmaq istədiyi isv bəlli deyil.
Onu da əlavə edək ki, 2010-cu ildə Ilham Əliyev Səməd Vurğun adına və “Muğan” parkının açılışında olarkən “Bakı” mehmanxanasının durumuna da diqqət yetirmişdi. Ilham Əliyev şəhərin mərkəzi küçələrinin birində bu cür bərbad vəziyyətdən narazılığını gizlətməmişdi.