Suriyada New York Times qəzetinin jurnalisti, iki dəfə Pulitser mükafatçısı Entoni Şadid ölüb. Jurnalistin ölüm səbəbi kimi astma xəstəliyi göstərilir. O, Suriyadakı hadisələri işıqlandırırmış.
Maraqlıdır ki, 1 il əvvəl O Liviyadan repotajlar hazırlayırkən ölümlə üzləşmişdi. Jurnalist Qəddafi hökümətinin silahlıları tərəfindən qaçırılmış, bir həftə məhbus kimi saxlanılmışdı. Ancaq Türkiyə hökümətinin diplomatik səylərindən sonra azad edilmişdi. Şadidin jurnalist yoldaşı onun cəsədini Türkiyəyə çatdırıb.