“Kasperski laboratoriyası”nın tədqiqatına əsasən, Azərbaycan İnternet istifadəçilərinin digər dövlətlərə nisbətən daha çox kibertəhlükələrlə üzləşdiyi ölkələrin ilk onluğunda yer alıb. Bu siyahıda birinci yeri Rusiya tutur. 2011-ci il ərzində ölkə istifadəçilərinin 55,9%-i antivirus proqramının işə düşməsi ilə qarşılaşıblar, deyə www.cnews.ru saytı məlumat yayıb. İkinci yerdə 54,8% göstərici ilə Oman, üçüncü yerdə 50,1% göstərici ilə ABŞ gəlir. Azərbaycan 47,5% göstərici ilə altıncı yerdədir. Ümumilikdə dünyada İnternetin təhlükəlilik səviyyəsi bir ildə 2% artıb və 32,3% təşkil edib.
Azərbaycan İnternet istifadəçiləri üçün təhlükəli ölkələr onluğunda
•