İlqar İbrahimoğlu Türkiyə siyasilərilə görüşüb

Türkiyədə səfərdə olan DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Ankara görüşləri çərçivəsində Türkiyə Böyük Millət Məclisində  (TBMM) görüşlər keçirib. O, TBMM-in Türkiyə-Azərbaycan Dostluq Qrupunun başqanı, AKP Adana millət vəkili Necdet Ünüvar və Qrupun üzvləri – AKP Ankara millət vəkili Tülay Selamoğlu, CHP İstanbul millət vəkili Əli Özgündüzlə görüşüb. Görüşlər zamanı bir sıra mövzular, o cümlədən Xocalı soyqırımının qarşıdan gələn 20-ci ildönümü müzakirə edilib.    
Hacı İlqar İbrahimoğlu həmçinin, Səadət Partiyası başqanı Mustafa Kamalakla və Böyük Birlik Partiyası başqanı Mustafa Destici ilə görüşüb.