Azərbaycan G-20 toplantısına dəvət edildi


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələri xarici işlər nazirlərinin fevralın 18-20-də Meksikada keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, dəvət bu il G-20-yə sədrlik edən Meksikadan gəlib.