Ismayıllının icra başçısı Nizami Ələkbərov Ictimai Palatanın yerli şöbəsi ilə bağlı xüsusi müşavirə keçirib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, icra başçısı müşavirədə hüquq-mühafizə orqanlarına IP-in yerli şöbəsini sıradan çıxarmaq tapşırığı verib.
Bundan sonra şöbənin fəallarının təqibinə başlanılıb. Məlumatlarda deyilir ki, əsas hədəf şöbənin əlaqələndirmə Şurasının üzvləri Elçin Ismayıllı, Ilham Talıblı və Məzahir Şahəliyevdir. Bir neçə gündür ki, naməlum şəxslər onları izləyir. Hüquq-mühafizə orqanları adıçəkilən şəxslərin həbsi üçün əməliyyat planı da hazırlayıb. Mövzunu davam etdirəcəyik.
İP-in İsmayıllı şöbəsinin fəallarını həbs etmək istəyirlər
•