Obama həyat yoldaşını Twitter-dən təbrik etdi

ABŞ prezidenti çıxışında da “Sevgililər günü”ndən danışıb

ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişeli “Sevgililər günü” münasibətilə Twitter-dən təbrik edib. “Salam, MichelleObama, müqəddəs Valentin günün mübarək”, – Barak Obama yazıb.

Barak Obama vergi güzəştləri və işsizlik müavinətləri ilə bağlı səhər çıxışında da “Sevgililər günü”nü xatırlayıb. “İcazə verin, burada toplaşan kişilərə kiçik müraciətlə başlayıb. Bu gün müqəddəs Valentin günüdür. Unutayın. Mən bunu deyərkən öz təcrübəmə əsaslanıram. Bu günü xatırlamağınız çox vacibdir. Mən məsləhət – cəsarətli olun”, – prezident deyib.

Qeyd edək ki, Barak və Mişel Obamalar bu ilin payızında toylarının 20 illiyini qeyd edəcəklər.