Mənasız bəyanatlar günü

Dünən el-aləm yığılıb Sevgililər Gününü qeyd edərkən bizdə – Azərbaycanda sözün həqiqi mənasında mənasız bəyanatlar günü idi.

Xəbər lentlərində iki dəqiqədən bir yeni bəyanat gözə girirdi, oxuyub çatdırmaq mümkün deyildi. Məsələn, “Bəzi gənclər təəkilatlarının ”Eurovision-2012” müsabiqəsi ilə əlaqədar birgə bəyanatı”nı oxuyub qurtarmamış, “Qadın QHT sədrlərinin antiEurovision kampaniyasına qarşı bəyanatı” gəlirdi. Sən onun ilk abzasını yenicə oxuyub bitirirdin ki, bir də gördün, “Milli QHT Forumu da antiEurovision kampaniyasını pislədi” başlıqlı xəbər peyda oldu.
Bu bəyanatların hamısının eyni beyindən süzüldüyü, eyni ağızdan diqtə edildiyi, eyni qələmdən çıxdığı şübhə doğurmur. “Bəzi gənclər təşkilatları”, “Qadın QHT sədrləri”-zad boş söhbətdir, bəyanatın bir müəllifi var – o da əlahəzrətin ta özüdür.
Hiss olunur ki, Azərbaycan cəmiyyətinin vicdanlı, duyarlı kəsiminin “Eurovision” musiqi yarıəmasından ölkədəki hüquqsuzluğu, ədalətsizliyi, repressiyaları, talançılığı dünyanın diqqətinə çatdırmaq məqsədilə istifadə etmək niyyəti rejimi əməlli-baəlı qarın ağrısına salıb, qorxudub, əndişələndirib. Maskalarının yırtılacağından, dünyadan gizlətməyə çalıədıqları əsl Azərbaycanın həqiqətlərindən hər kəsin xəbər tutacağından bərk narahatdırlar. Ona görə də kiflənmiə, boyat ittihamlarına yenidən qaz veriblər. Mənasız bəyanatlar silsiləsində vətəndaş cəmiyyəti fəallarına “Azərbaycanı istəməyən dairələr”, “ermənipərəst qüvvələr” ifadələrinin biri bir qəpikdir. Bunların ağlını, məntiqini görürsünüzmü? Belə çıxır ki, “Eurovision”dan istifadə edib insanların mülklərini baəına uçurmaq, onları küçələrə atmaq Azərbaycanı istəyən qüvvələrin iəidir, amma “Eurovision”u bir musiqi yarıəmasının ötəsində həm də evləri yıxılan, azadlıqları boğulan, hüquqları tapdanan insanların etiraz səsinə çevirməyə çalışanlar Azərbaycanı istəməyən qüvvələrdir. Belələrinə nə deyəsən, nə yazasan? Ən yaxşısı bu cür üfunətli, paslanmış, qıcqırmış, iy verib iylənən zehniyyətləri “iqnor” etmək, onların dodaq altından nə donquldanmasına baxmayaraq, başlanılan işi – Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq prosesini davam etdirməkdir. “Eurovision-2012″dən bu ölkədə demokratiya və azadlıqlar naminə sonunadək yararlanmalıyıq. Sevgililər gününü mənasız, düəük bəyanatlar gününə çevirənlərə əhəmiyyət vermədən bu yola davam!
Yenə körpü məsələsi
Yola davam, amma bu arada körpülərdən də xəbər var.
Sizinlə paylaədığım bu fotonu dostlar “facebook”a yerləşdiriblər. Bunlar bizi ölkədəki inkişafı görməməkdə ittiham edirlər, bir az tənqid edən kimi də “körpü tikirik, daha nədən narazısınız?” deyib üstümüzə çımxırırlar.
Buyurun, bu da bunların tikdiyi körpünün funksionallığı!

Axı nəyə lazımdır o körpü? Bir halda ki, heç bir yaralı barmağa dərman olmayacaqdı, o qədər pullar o körpüyə niyə xərclənib?
Bəli, min dəfə yazdım, yenə yazım min bir olsun: bunların yol, körpü tikməyinin o vaxt bir anlamı, bir mənası olacaq ki, öncə ciblərinin ağzını tiksinlər. Əks halda, tikdikləri hər şey korrupsiya ilə assosiasiya olunmaqda davam edəcək. Bax, bu fotodakı kimi gərəksiz, filfilo bir şeyə çevriləcək. Onu tikənləri rüsvay, ağızdolusu analoqsuz inkişafdan danışanları da ifşa edəcək.
Namərd körpüsü haqqında müdriklik
Amma bir dəli şeytan deyir ki, əslində, bu fotodakı mənzərə bir az da xalqın öz folklorundan irəli gəlir, “keçmə namərd körpüsündən, qoy aparsın sellər səni” kimi qədim müdrikliyindən qaynaqlanır. Namərdin başında palıd ağacı olmur ki? Elə öz vətəndaəlarının cibinə girən, onun dərdlərinə deyil, sərvətlərinə sahiblənən, onun bədbəxtliyinə bais olan rejimlər də namərdin özüdür ki var!
Üstəlik, ola bilsin, bunların tikdiyi körpülərdən keçməkdənsə, tıxaclarda çərləməyi, sürünməyi özünə rəva görməklə xalqımız əslində korrupsiyaya, talançılığa etirazını, nifrətini bildirir. Düşünülməmiş, sadəcə, altşüurla qərar verilən bir protest, bir boykot ola bilməzmi bu?
Sizi bilmirəm, amma mən nədənsə, çox əminəm ki, məhz belədir.