“Kərimli Əliyevi yerdən-yerə vurdu”

Əli Kərimlinin İlham Əliyevə dərs verən yazısı qardaş ölkənin mediasında

AXCP sədri Əli Kərimlinin son bloq yazısı ölkə daxilində əks-səda yaratdığı kimi, qardaş Türkiyədə də diqqəti cəlb edib. Türkiyənin “Kurultay” internet qəzeti AXCP sədrinin məqaləsini Türkiyə türkcəsinə uyğunlaşdıraraq dərc edib.
İnternet qəzet məqaləni “Kərimli Əliyevi yerdən-yerə vurdu” başlığı və bu müqəddimə ilə təqdim edib:
“Dövlət başçısı İlham Əliyevin Münhen bəyanatını yerdən yerə vuran Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli inqilabların iqtisadi səbəblərdən çox xalqın özgürlük istəməsindən qaynaqlandığını ifadə edərək, Əliyevin inqilabların nədən baş verdiyini heç cür anlamadığını və bu səbəbdən səhv üstündən səhv etdiyini bildirdi.
Əli Kərimli fərdi bloq səhifəsində qələmə aldığı yazıda dövlət başçısı İlham Əliyevin Münhen Forumunda 8 illik iqtidarı ilə əlaqədar suala verdiyi cavabı tənqid etdi. İnqilabların iqtisadi səbəblərdən baş vermədiyini vurğulayan Kərimli, buna Tunis, Liviya və Rusiyanı nümunə göstərdi”.

AXCP sədrinin məqaləsini “Kurultay”ın təqdimatında burada oxuyun.

AXCP sədrinin məqaləsini Türkiyənin başqa bir internet qəzeti – “Haberx” də dərc edib. Məqalənin dərcində “Azadlıq” qəzetinə istinad olunub. “Haberx” də məqaləyə oxşar təqdimatla giriş verib. Başlığı isə bu internet qəzet belə seçib: “Azərbaycan müxalifəti təpkili; Əliyev iqtidarı küncə sıxılır…”.

Məqaləni “Haberx”in təqdimatında burada oxuyun.