Sabah Saatlı rayonunun Qara Nuru kəndinin pedaqoji kollektivi tam heyətlə etriaz aksiyasına başlayacaq. Bu barədə orta məktəbdə çalışan müəllimlərdən biri “Azadlıq”a bildirib. Onun sözlərinə görə müəllim kollektivi əmək haqlarının gecikdirilməsi və az hesablanmasına etiraz olaraq sabahdan tətilə başlamaq niyyətindədirlər. Onlar səhər məktəbə gələn şagirdləri geri qaytarıb özləri də evlərinə gedəcəklər. “Azadlıq”ı məlumatlandıran mənbə deyib ki, etirazın səbəbləri barədə rayon təhsil şöbəsinə də xəbər verilib.
Natiq