Siyavuş Novruzov AXCP və Müsavatın gücünü etiraf edir
Yeganə Əmiraslanova: «Bu cür açıqlamalar YAP funksioneri Siyavuş Novruzovun nə dərəcədə qeyri-ciddi təsir bağişladığını göstərir»
Son günlər mətbuatda Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun dilindən demokratik düşərgəyə qarşı müxtəlif ittihamların səslənməsinin şahidi oluruq. S.Novruzov gah Ziyalılar Forumunda ziyalıların toplaəmadığını, gah da AXCP və Müsavatın partiya olmadığını iddia edir.
Ictimai Palatanın üzvü Yeganə Əmiraslanova hesab edir ki, bu cür açıqlamalar YAP funksioneri Siyavuş Novruzovun nə dərəcədə qeyri-ciddi təsir bağışladığını göstərir. YAP-ın bu cür iddialarda bulunmasını təsadüfi saymayan Y.Əmiraslanova bildirdi ki, cəmiyyət hansı siyasi qüvvənin potensialının nə dərəcədə olduğunu gözəl bilir: “Azərbaycan vətəndaşı AXCP və Müsavatın gücünə bələddir və hər iki təşkilatın ciddi siyasi qüvvə olduğunu bilir. Ona görə bu cür açıqlamalar ictimai rəyi çaşdırmağa xidmət etsə də, əsl məqsədinə çatmayacaq”.
Y.Əmiraslanova hesab edir ki, bu cür bəyanatlar verməkdənsə, YAP öz problemləri barəsində düşünsə, daha yaxəı olar. Çünki YAP-ın öyündüyü üzvlərinin əksəriyyəti bu təşkilata zorla qəbul etdiriliblər. Bu baxımdan, Y.Əmiraslanovanın sözlərinə görə, YAP-a könüllü olaraq daxil olanların sayı 20 faizdən artıq ola bilməz. Bu təbəqədə YAP yeni yarananda təşkilata üzv olanlardır: “Ziyalılar son zamanlar çox aktiv vətəndaş mövqeyi sərgiləyirlər. Məhz bu tendensiyadan hakimiyyət ciddi narahatçılıq keçirdiyindən öz hisslərini bu cür reallıqdan uzaq bəyanatlarla ifadə edir. Hakimiyyət ziyalıların ayağa qalxması nəticəsində xalqı oyadacağından təşviş keçirir”.
Cəmiyyətin hakimiyyət təmsilçilərindən gələn bu cür reallıqdan uzaq açıqlamalara münasibətinin neqativ olduğunu deyən Y.Əmiraslanova bildirdi ki, hakimiyyətin reallıqları qəribə formada etiraf etmək ənənəsi var. Y.Əmiraslanovanın sözlərinə görə, əgər hakimiyyət hər hansı siyasi qüvvədən çəkinirsə, bir qayda olaraq onun ünvanına ittihamlar yağdırmağa, onu qaralamağa çalişır. Ona görə AXCP və Müsavatı S.Novruzovun hədəf seçməsi əslində bu partiyaların gücünün etirafıdır.
Hikmət