Türkìyədə “MÌT zəlzələsì”

Mìllì ìstìhbarat şefì Hakan Fìdanın PKK ìlə nə əlaqəsì?

Ìstanbul Məhkəməsì dörd nəfərìn həbsìnə qərar verdì, hökumət ìsə parlamentə «MÌT»çìlərì qoruyan təklìf ìrəlì sürdü

Türkìyənìn Mìllì Ìstìhbarat Təşkìlatının (MÌT) rəhbərì Hakan Fìdanın ìfadə vermək üçün qəfìldən Ìstanbul Prokurorluğuna  çağırılması ölkənìn gündəmìnə bomba kìmì düşüb. MÌT şefì ìstìntaqa KCK olayı ìlə bağlı dəvət olunub. KCK Türkìyədə PKK-nın şəhərlərdə təşkìlatlanmış qoludur və  prokurorluqda bu ìş üzrə aparılan ìstìntaq çərçìvəsìndə Türkìyədə yüzlərlə adam həbs edìlìb. Parlamentdə təmsìl olunan kürd əsìllì mìllət vəkìllərìnìn də  KCK ìlə ìşbìrlìyìndə olduğu bìldìrìlìr. Bu soruşdurmanın bu qədər dìqqət çəkməsìnìn bìr səbəbì də H.Fìdanın baş nazìr Rəcəb Tayyìp Ərdoğana yaxın  kadr olmasıdır.

Prezìdent və baş nazìrlə qapalı görüş

Hakan Fìdanla yanaşı,  bu qurumun keçmìş dìrektoru Əmrə Taner və müavìnì Afet Günəş də  ìfadə verməyə çağırılanlar sırasında olub.  Lakìn onların heç bìrì ìstìntaqa getməyìb. Hakan Fìdan baş verənlərə aydınlıq gətìrmək üçün  fevralın 9-da ìlk olaraq prezìdent Abdulla Gül, daha sonra ìsə baş nazìr Rəcəb Tayyìp Ərdoğanla ìkì saata yaxın qapalı görüş keçìrìb. Görüşlərdə nələrìn müzakìrə olunduğu və hansı qərarların qəbul olunduğu hələ kì, bəllì deyìl. Hələlìk bəllì olan odur kì, prokurorluq öz araşdırmasını axıra qədər aparmaq nìyyətìndədìr.  MÌT-ìn Hüquq Müşavìrlìyìnìn rəsmì etìrazı da vəzìyyətì müsbətə doğru dəyìşməyìb. Prokurorluqdan bìldìrìblər kì, Hakan Fìdan və dìgər yetkìlìlərlə bağlı soruşdurma aparmaq huququ Ìstanbul Cümhurìyyət Baş Prokurorluğundadır və bu baxımdan  MÌT Müşavìrìlìyìndən gələn təpkìlərìn heç bìr hökmü yoxdur.
Dünən ìsə məlum olub kì, H.Fìdanın ìfadəsìnìn məcburì qaydada alınması üçün Ankara Prokurorluğuna təlìmat göndərìlìb. Türkìyənìn “Hürrìyet” qəzetìnìn məlumatına görə, H.Fìdan bu təlmata uyğun olaraq Ankara Prokurorluğunda  ìfadə verəcək. Ìfadə verməkdən əsassız yerə boyun qaçıran MÌT rəhbərìnìn müavìnlərì Yaşar Yıldırım və Hüseyn Kuzuoğlunun, həmçìnìn Əmrə Taner və Afet Günəşìn ìsə saxlanılmasına qərar verìlìb. Qərarı Ìstanbulun Ağır Cìnayətlər Məhkəməsì çıxarıb. Adıçəkìlən şəxslər saxlanılan kìmì  Beşìktaşdakı Ìstanbul Ədlìyyəsìnə gətìrìləcəklər. Maraqlıdır kì, H.Fìdanın ìstìntaqa çağırılmasından sonra Ìstanbul polìsìndə ìkì şöbə müdìrì qəfìl ìşdən azad edìlìb. Soruşdurmanın başlama səbəbìnə gəlìncə, Türkìyə mətbuatı ehtìmal edìr kì, MÌT rəhbərlərì Ìsveçrədə PKK təmsìlçìlərì ìlə apardıqları danışıqlara görə ìstìntaqa çağırılıb. Ötən ìlìn sonlarında MÌT şefìnìn və keçmìş müavìn Afet Günəşìn PKK təmsìlçìlərì ìlə görüşünün səs qeydlərì bìr müddət əvvəl ìnternetə sızdırılıb. O vaxtda qədər dövlətìn PKK ìlə danışıqlar apardığı barədə xəbərlər yayılsa da, hökumət rəsmìlərì bunu ìnkar edìrdì. Səs qeydlərìnìn ìnternetə sızdırılmasından sonra baş nazìr Ərdoğan bìldìrmìşdì kì, danışıqlar hökumət adından yox, dövlət adından aparılıb.

Abdulla Gül: “Türkìyə üçün həqìqətən də talesìz və üzücü olaydır”

MÌT yetkìlìlərì ətrafında yaranan qalmaqalla bağlı Türkìyənìn rəsmì daìrələrìndən, eləcə də müxalìfət lìderlərìndən də reaksìyalar gəlìb.  Prezìdent Gül məsələnìn Türkìyənìn gələcəyìnì, mìllì təhlükəsìzlìyìnì yaxından maraqlandırdığını bìldìrìb: “Qurumlar qanunlara verìlən vəzìfələrìnì yerìnə yetìrmək baxımından günahlandırılanda çox dìqqətlì olmaq lazımdır. Bu mövzu və bütün bunların yaşanması Türkìyə üçün həqìqətən də talehsìzlìkdìr və üzücüdür. Ümìd edìrəm kì, hər kəs öz soyuqqanlığını qoruyar və hər şeyə aydınlıq gələr”.
Baş nazìrìn müavìnì Bekìr Bozdağ Hakan Fìdanın faəlìyyətìnìn cìnayət yox, vəzìfə borcu kìmì dəyərləndìrìlìb: “Ortada bìr cìnayət yox, vəzìfə var. Terrorla mübarìzə aparanlara ən böyük dəstəyì MÌT verìr. MÌT-ìn elə əsas vəzìfəsì terror təşkìlatlarının ìçìnə sızmaq, onlardan məlumat almaq, terror planlarını öyrənmək, pul, sìlah, terrorçu transferlərìnì yaxından ìzləməkdìr. Bìr hüquqşünas olaraq bu soruşdurmanın hüquqì məntìqìnì görə bìlmìrəm”.
Müdafìə nazìrì Ìsmət Yılmaz bìldìrìb kì, Türkìyə hüquq dövlətìdìr və hüquq dövlətìndə hər kəs, eləcə də MÌT qanun qarşısında bərabərdìr: “MÌT ìncələmədən keçəcək. Bunda nə problem var? Bìr narahatlıq varmı? Toplumda MÌT rəhbərìnìn öz vəzìfəsìnì ìcra etdìyì ìlə bağlı bìr ìnanc var. Gözləyək, görək. Düşünürəm kì, hər şey yoluna gìrəcək”.

“Fìdanın ìfadəyə çağırılması ağıla və hüquqa uyğun deyìl”

Hakìm Ədalət və Ìnkìşaf Partìyasının baqan müavìnì Ömər Çelìk ìsə məsələnìn bu nöqtəyə gəlməsìnìn koordìnasìya əksìklìyìndən yarandığını bìldìrìb: “Fìdanın ìfadəyə çağırılması ağıla və hüquqa uyğun deyìl. Bu teorrora qarşı mübarìzəyə də mənfì təsìr göstərəcək bìr durumdur”.
Ìqtìdar mənsublarından fərqlì olaraq müxalìfətìn baş verənlərə reaksìyası sərt olub. CHP başqanı Kamal Kılıcdaroğlu məsələyə münasìbət bìldìrərkən baş nazìr bìr toplantı keçìrsìn, açıqlama versìn tələbì ìlə çıxış edìb: “Bìr gün MÌT rəhbərì sorğu-suala çağırılır, o bìrì gün Türkìyə Sìlahlı Qüvvələrìnìn gənəlkurmay başqanı həbsə atılır. Ìnsanlar hər səhər qəzetlərìn manşetlərìndə baxanda ürkürlər. Bìz necə ölkədə yaşayırıq? Türkìyə belə ìdarəetməyə layìq deyìl”.

“Terrorçularla bazarlıq edənlərdən mütləq hesab soracağıq”

MHP başqanı Dövlət Baxçalı ìsə Hakan Fìdanın ìfadədən yayınmasının  anlaşılmaz olduğunu bìldìrìb. Baxçalı deyìr kì, ìfadənìn verìlməməsì üçün hüquqì bəhanə axtarmaq  yanlışdır: “MÌT yetkìlìlərìnìn bölücü örgütlə əlaqələrì barədə ìddìalar var. Onların Ìfadədən yayınmaları şübhələrì bìr az da dərìnləşdìrìr. Bìz KCK soruşdurması çərçìvəsìndə baş verənlərì mìllətìmìz adına yaxından ìzləyəcəyìk. Bölücülüyə şəraìt yaradan, terrorçularla bazarlıq edən sìyasì kadrlardan da mütləq hesab soracağıq. Türk mìllətìnìn müqəddəratına əl uzadılmasının məsulìyyətì Türkìyə hökumətìnìn üzərìnə düşür”.
Dünən Türkìyə hökumətì məsələyə fərqlì şəkìldə müdaxìlə edìb. AKP-dən olan mìllət vəkìllərì dövlət ìstìhbarat xìdmətlərì və “Mìllì Ìstìhbaharat Təşkìlatı” qanuna bìr maddəlìk dəyìşìklìk təklìfìnì parlamentə təqdìm edìblər. Həmìn dəyìşìklìyə əsasən MÌT görəvlìlərì və baş nazìr tərəfìndən özəl tapşırıq alan şəxslər haqqında soruşdurma başlatmazdan əvvəl baş nazìrdən ìcazə alınmalıdır.
Bu arada dünya mətbuatı da Türkìyə MÌT-ìnìn adı ətrafında baş verənlərə genìş yer ayırıb. Məsələn, Ìngìltərənìn nüfuzlu nəşrlərìndən olan “Fìnancìal Tìmes” “Türk casuslarının şefì PKK ìlə əlaqələrlə bağlı ìfadəyə çağırıldı” başlıqlı məqaləsìndə yazır kì, Hakan Fìdanın ìfadə vermək üçün çağırılması görülməmìş bìr addımdır. Çünkì Fìdan baş nazìr Ərdoğanın yaxın adamıdır və PKK ìlə bağlı bütün görüşlərì baş nazìrìn tam dəstəyì ìlə həyata keçìrìb.

Gültəkìn