Olayın terror olduğu ehtimal edilir
Bu gecə saat 1:30 radələrində İstanbulun Sancaktepe rayonunun Akpınar məhəlləsində Temel küçəsində partlayış baş verib. Partlayış zamanı bir qadın həyatını itirib. Polisin apardığı araşdırma zamanı məlum olub ki, 20-15 yaşlı qadının üzərində partlayıcı maddə olub. Partlayış nəticəsində qadın parçalanaraq ölüb. Polis terrorçu-kamikadze olduğu güman edilən qadının şəxsiyyətini müəyyənləşdirilməyə çalışılır. Şahidlər partlayış baş verən zaman hadisə yerindən bir nəfərin qaçaraq uzaqlaşdığını bildiriblər. Polis hazırda həmin şəxsi axtarır.