Hüquq müdafiəçisi monitoriqlərə başlayıb
Havalar kəskin soyuyandan sonra mətbuatda həbsxanalarda da istiliklə bağlı ciddi problemlərin yaranmasına dair məlumatlar yayılırdı. Iki gün öncə hüquq müdafiəçisi Eynulla Fətullayev Binə qəsəbəsində yerləşən və vicdan məhbusları Arif Alışlı, Elnur Məcidli, Elşən Həsənov, həmçinin həbsdə olan hərəkatçı Nemət Pənahlının saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində olub. E.Fətullayev kalonda olarkən işıq, su, isitmə problemlərinin olduğu ilə bağlı məsələləri də araşdırdığını deyib. Bu barədə qəzetimizin ötən sayında məlumat verilib.
Bəs hüquq müdafiəçisi digər cəzaçəkmə müəssisələrində də bu tip monitorinq keçirərək orada istilik təchizatının nə yerdə olacağını yoxlamağı planlaşdırırmı?
E.Fətullayev digər cəzaçəkmə müəssisələrində bu məsələ ilə bağlı hələ monitorinq keçirmədiyini bildirdi. 17 saylı kalonu seçməsinə səbəb isə orda vəziyyətin daha ağır olması olub. Lakin hüquq müdafiəçisi digər cəzaçəkmə müəssisələrində vəziyyətin baş çəkdiyi 17 saylı kalonla müqasiyisədə yaxşı olduğunu deyir. Çünki əksər kalonlarda baraklar qazla qızdırılır. Yalnız qaz olmayan müəssisələrdə vəziyyət bir qədər ağırdır.
Fizzə