Moskvaya qısa səfərdən dönüb Rusiya haqqında yazmağa hazırlaşırdım. Oradakı mitinqin ab-havasına və Rusiyanın ictimai problemlərinə azərbaycanlı jurnalistin baxışları oxuculara maraqlı ola bilərdi. Xəbərləri hamı oxuyur, amma xeyli ümumiləşdirmələr və analitik mülahizələrdən ibarət bir neçə yazının ideyası ilə qayıtmışdım. Ilham Əliyevin Almaniyada üzləşdiyi sualla Vladimir Putinin ölkəsində rastlaşdığı situasiyalar arasında paralellər aparmaq fikrində idim. Amma ovqatım ölkəyə çatan kimi dəyişdi.
Bu ölkəyə daxil olanda ən böyük ciddiliklə gətirdiyin kitabları yoxlayırlarsa, deməli, hələ çox təəccüblənəcəksən, hələ çox düşünəcəksən…
Evə dönüb, buz kimi otağın bəxş etdiyi xəstəlikdən sətəlcəm olmuş ailə üzvlərin üçün təcili yardım çağırdıqda isə daha dəhşətli mənzərə ilə üzləşirsən. Insan aspirinlə parasetomolun tərkibinin eyni olduğunu iddia edən bir həkimin evində ailə üzvlərini müayinə edərkən görməkdən bəlkə də infarkt keçirər. Belə hallarda heç vaxt “bu nə dəhşətli ölkədir” deyə bilmirəm. Belə deməyin özü daha dəhşətli olardı. Odur ki, söyləməyə yalnız bir söz qalır: “Bu ölkə bu cür qala bilməz!”
Bəs görəsən, bu ölkə belə qaldıqca Ilham Əliyevə aspirin haqda sual vermək dahamı uyğundur?!
Buz dövrümü? Bağça tikintisimi?
Həmkarım Natiq Güləhmədoğlu dünən Facebook səhifəsinə mənim köhnə bir yazımı xatırladan qeyd yayıb. Natiq bəy deyir: “Bir neçə il əvvəl …jurnalist Şahvələd Çobanoğlu Bakıda salınan beton körpülərə işarə edərək ölkəmizdə “daş dövrü”nün yaşandığını deyirdi. Bakı təkamüldə növbəti mərhələyə keçir – buz dövrünə.”
Maraqlı bir bənzətmədir. Ölkə iflic olub. Idarəçilik və infrastruktur bundan da zəif qar yağıntılarına və soyuqlarına hazır deyil. Paytaxtımız, kiçik şəhərlərimiz və hətta kəndlərimiz heç yaz yağışını da rahatlıqla yola verə bilmir. Aləm qarışır bir-birinə. Amma axşam xəbərlərində öyrəndim ki, Ilham Əliyev Bakıda bir neçə yeni tikilən və təmir edilən obyektlərə baş çəkib. Tikintinin gedişi ilə yerindəcə tanış olub.
Ölkə iflic olub, buzun, qarın əlində qalıb – prezident isə bağça tikintisinə baş çəkməyə gedib. Halbuki nə tikinti işçiləri işə gedə bilir, nə də uşaqlar bağçaya. Heç məktəblərə gedən yoxdur. Deməli, daş dövrü buz dövrünə baxmadan davam edir. Deməli, biz də daş-buz dövrüdür indi. Analoqu olmayan uğurdur bu.
“Uşaq bağçasını qaytar!”
Bir halda ki, Ilham Əliyev uşaq bağçalarını çox sevir, onda bağça mövzusunu davam etdirək və siyasi məhbus, ölkənin çox vətənpərvər, cəsur insanlarından olan Musa Rahimin öz evinin damından asmağa hazırladığı bir şüarı da yada salaq. Musa Rahim sosial dərdləri və ölkədəki bəlaları ifadə edən etiraz şüarlarını evinin damından asmağı ilə məşhurdur. Indi də Musa bəy belə şüar hazırlayıb: “Mərkəzi uşaq bağçasını məsum körpələrə qaytarın!”
Imişlidə yaşayan Musa bəy bənzərsiz aksiyaları vaxtaşırı keçirir. Yəqin ki, Imişlidəki mərkəzi uşaq bağçasının kimə satıldığı, necə satıldığı, niyə körpələrin əlində alındığı heç olmasa bizim mətbuatın diqqətini çəkə biləcək.

İlham Əliyevə aspirin haqda sual…
•