MTN də icra nümayəndəliyinin binasındakı seyfdən pulların necə aparıldığının sirrini tapa bilmir
Qobuda qəsəbənin icra nümayəndəliyinin binasında yerləşən seyf yarılıb və oradan külli miqdarda pul aparılıb.
Bu barədə qəzetimizə daxil olan məlumatda deyilir ki, həmin pullar kommunal ödənişlərdən yığılan vəsait olub. Lakin maraqlıdır ki, binanın nə qapısı, nə pəncərəsi sındırılıb. Heç seyf də sındırılmayıb. Bəs pullar necə aparılıb? Bu suala hüquq-mühafizə orqanları da cavab tapa bilmir. Məlumatda deyilir ki, hadisənin araşdırılması ilə MTN məşğuldur. Lakin hələ bir nəticə yoxdur.