Rusiyanın məhşur politoloqu Alfred Kox Rusiyadakı vəziyyətin necə inkişaf edəcəyinə dair proqnozlar verib
Putin üçün gözlənilən ən pis senari indiki xalq etimadsızlığı şəraitində seçkiləri udması olacaq. Prezident olan kimi qeyri-populyar islahatlar etmək məcburiyyətində qalacaq. Ən əvvəl pensiya islahatı. Prezidentliyi dövründə populyarlığını itirməkdə davam edəcək. İlin sonuna maksimum 25-30% etimad sahibi olaraq qalacaq. Bu il o, ancaq şəxsiyyətinə ünvanlanmış nifrət dalğası ilə üz-üzə qalmağa məcburdur. Onun haqqında istənilən ittiham, şaiə xalq arasında ciddi fakt kimi qəbul olunacaq. Putinin ətrafındakı praqmatik kəsim müxalifətlə müttəfiqlik imkanları axtaracaq.
“ Prezident kimi faktiki qüdrətini itirəcək. Federal hakimiyyət idarəsi zəiflətəycək. Çünki müxalifətin etirazından qorxacaqlar. Qocalan və köməksiz prezident obrazı vəziyyətə təsirsiz ötüşməyəcək.”
Qeyd edək ki, hələ keçən ilin oktyabrında Anatoliy Çubays hadisələri görərək proqnoz vermişdi: “Biz nəhəng dəyişikliklər dalğasına daxil oluruq. Bu dəyişiklərin yaranmasının kökündə Rusiyada orta təbəqənin meydana gəlməsi durur.”