“Real”ın çalışdırıcısı artıq bu yay iş yerini dəyişə bilər
İspaniyanın “Real” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo bu yay iş yerini dəyişə bilər. ANS PRESS-in Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Joze Mourinyonun İngiltərənin “Mançesdter Yunayted” klubunu çalışdırmaq ehtimalı real görünür. Joze Mourinyo “Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun komandadan ayrılma qərarından sonra bu klubu çalışdıra bilər.
Qeyd edək ki, Joze Mourinyo müsahibəsində yenidən İngiltərədə işləmək arzusunu dilə gətirərək Aleks Ferqyusonun iş prinsipinə valeh olduğunu vurğulayıb. Yayılan digər məlumatda Joze Mourinyo ilə “Real”ın kapitanı İker Kasilyas və müdafiəçi Serxio Ramos arasında münaqişə olduğu bildirilir.