Şahin Həsənli müalicə müəssisəsinə köçürüləcək

Penitensiar Xidmət Eynulla Fətullayevin müraciətinə cavab verdi

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin səhhəti ilə bağlı Penitensiar Xidmətə ünvanlanan sorğuya cavab gəlib.
Quruma sorğu ünvanlayan hüquq müdafiəçisi Eynulla Fətullayevin sözlərinə görə, Ş.Həsənli dünən müayinə olunub və onun bu həftənin şənbə günü müalicə müəssisəsinə köçürülməsinə qərar verilib: “Şahin Həsənlinin səhhətini və istəyini nəzərə alaraq onu müalicə müəssisəsinə köçürəcəklər. Həmin kalonda monitorinq keçirəndə Şahin Həsənli mənə müraciət edib müayinəyə və stasionar müalicəyə ehtiyacının olduğunu bildirmişdi. Hazırda Şahin bəy cəzaçəkmə müəssisəsinin tibbi hissəsində qalır, müalicəsini davam etdirir”.  
Qeyd edək ki, aylardır ürək və bel ağrılarından əziyyət çəkən Ş.Həsənlinin indi də ayaqları tutulub.  

Gültəkin