“Möhtəşəm yüz il” Rusiyada yasaqlandı

Türkiyənin populyar “Möhtəşəm yüz il” serialının Rusiyada yayımı dayandırılıb. İlk 12 seriyası yayımlandıqdan sonra heç bir səbəb göstərilmədən serialın ekranlardan yığışdırılması tamaşaçıların sərt reaksiyasına səbəb olub.
“Milliyet” qəzeti yazır ki, serial Rusiyada seçkiqabağı millətçi duyğuları qabartmaq istəyən Kremli narahat edib və onu yayımlayan “Domaşniy” kanalına “Osmanlını tərifləyən və tarixi təhrif edən bu serialın yayımını dayandırın” təlimatı verilib. Lakin serialın səssiz-səmirsiz efirdən qaldırılmasıdan sonra rus pərəstişkarları etiraz kampaniyasına başlayıblar. İnternetdə serialın yenidən yayımlanması üçün saytlar yaradılıb. Reaksiyalardan sonra kanal bu cür şərhlər verib: “100 bölümü eyni vaxtda yayımlaya bilmərik. Bir az fasilə verəcəyik. Diqqətinizə görə təşəkkür edirik. Yeni bölümlər üçün may ayını gözləyin”.