İsa Qəmbər Türkiyəyə gedib

Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən Türkiyəyə gedib.

Müsavat başqanı bu gün Ankarada Böyük Birlik Partiyasının qurultayında iştirak edəcək. Eyni zamanda onun Türkiyənin siyasi partiyaları, ictimai təşkilatları, media strukturları ilə bir sıra görüşlər nəzərdə tutulub.