Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvarın 29-da günorta saatlarında Şirvan şəhəri, Vidadi küçəsi, ev 12 ünvanında yerləşən, 1979-cu il təvəllüdlü İbrahimov Elman Şirindil oğluna məxsus fərdi yaşayış evində elektrik cərəyanında yaranmış qısaqapanmadan yanğın baş verib.
Yanğın zamanı xəsarət alan olmasa da, ev 70 kv/m sahədə içindəki əşyalarla birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.