Gecə Bakıda -3-5° şaxta gözlənilir

Sabah paytaxtda və Abşeron yarımadasında yollar buz bağlayacaq

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, axşam və gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir.

Bakıda gecə -3-5°, gündüz 0-2° şaxta, Abşeron yarımadasında isə gecə -4-6°, gündüz -1° şaxtadan 2°-dək isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək -769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq. Yollar buz bağlayacaq.