Azərbaycanda rüşvət alma cinayətlərinin sayı artıb
2011-ci ildə Azərbaycanda əvvəlki illərlə müqayisədə korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq, yəni rüşvət alma cinayətlərinin sayı xeyli artıb.
Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev bildirib.
K.Əliyev qeyd edib ki, istintaq edilmiş cinayət faktlarının sayı əhəmiyyətli dərəcədə artıb və il ərzində 16 şəxs barəsində rüşvət alma maddəsi ilə başlanmış 11 cinayət işi istintaq edilib. 3 şəxs barəsində isə 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri faktı aşkarlanıb.