Fransa bizi cəzalandırdı, bəs biz?..

Bu sanksiyalar uzaqdan çalınan qaval səsi kimi xoş gəlir

Aydın Taş

Fransız Senatı, üstünə vəzifə olmayan bir qanunu, 1915-ci ilə aid sözdə “erməni soyqırımı”na aid iddiaları da əhatə edən, “soyqırımı inkara cəza” qanununu qəbul etdi. Bundan sonra nələr ola bilər; xalq nə deyir, nə reaksiya verir?
Izlənilməsi lazım olan yol nə?
Fransanı necə cəzalandırmalı?
Bu seçilmiş qanun, fransızların ilk təşəbbüsü deyil.ÿ Daha əvvəl də bu qanunun əhatəsinə girməsinə səbəb olan sözdə erməni soyqırımını 2001-ci ildə tanımışlardı. ÿIndi, 11 il sonra bunu inkar etməyi cinayətə bağladılar.
Türk xalqı o zaman çox ciddi bir reaksiya vermiş, Paris Caddesində olan Fransanın Ankara səfirliyi qarşısında yüzlərlə insan toplanmışdı.ÿ Həm də bir dəfə də deyil, ülküçüsü ayrı, solçusu ayrı, demokratı ayrı, Istanbuldakı Fransa Konsulluğu qarşısında ayrı…
Xalq o qədər təpkiliydi ki, Fransa dövlətinə aid hər hansı bir binanın və ya büronun olmadığı şəhərlərdə, ya Fransa mənşəli bir alver mağazasının qarşısında, ya da Fransa ilə ilişkiləndirilə biləcək hər hansı bir quruluşun qarşısında etiraz nümayişləri edildi.
Mən o dövr Şimali Kipr Türk Respublikasında idim.ÿ Biz də universitetdəki arkadaşlarla birlikdə xalqın da iştirakı ilə bir etiraz yapacaktık, amma Fransaya aid, etiraz edə biləcəyimiz heç bir quruluş və sairə yox idi.ÿ Biz bu tip əməlləri hər zaman Birləşmiş Millətlərin Macar və Slovak əsgərlərdən ibarət olan kiçik birliyinin qapısında düzənlərdik, yenə elə etmişdik.
Aradan zaman keçdi, Fransaya reaksiyalar azaldı, sonra da unuduldu.ÿ Fransa Senatının qəbul etdiyi soyqırımları inkara cəza nəzərdə tutan qanun 2006-ci ildə ilk dəfə gündəmə gəldi.ÿ O dövr qanun layihəsi Fransa parlamentindən keçmiş, türk xalqından ciddi reaksiyalar verilmiş, etirazlar edilmiş və nəhayət, ötən il may ayında səs çoxluğu ilə konstitusiyaya zidd olduğu səbəbiylə rədd edilmişdi.
O zamankı etirazları, hərəkətlərin böyüklüyünü, o mənzərəni xatırlayıram, bir də indiki mənzərəni müqayisə edirəm, uçurum kimi fərq var.ÿ23 dekabr ilə 23 yanvar arasında yaşanan bu bir aylıq müddətdə reaksiyalar o qədər zəif idi ki, “Harada bu millət?” deməyim gəldi.
Ümumiyyətlə, 20 nəfərlik qruplar səfirlik önünə gəlib mətbuat şərhi etdilər. ÿBir aktivistə 2 polis, bir jurnalist düşürdü.ÿ Fransa Məclisinin səsverməsində, 23 Dekabr 2011-də də bütün TV kanalları canlı yayım üçün əməkdaşlarını səfərbər etmişdi, sanki ortalıq yıxılacaqmış kimi, nəticədə elə bir reaksiya olmadı.ÿ Senat qərarı qəbul etdikdən sonrakı gün isə heç bir TV kanalı müxbir göndərmədi, onsuz da fındıq qabığını dolduracaq qədər insan da gəlməmişdi.
Bu cılız protestolarda diqqətimi çəkən bir başqa xüsus da, milliyyətçilərin bir hərəkət etməməsi oldu.ÿ Milliyyətçi olaraq sayılacaq olan, yalnız Türk Kamu-Sen adındakı işçi  Konfederasiyasının hərəkəti var idi, o da 23 dekabrdakı hərəkət idi.ÿ Senat qərarında da Parisdəydilər.
Xalqın bir anda ortaya çıxan bu saya salmaz rəftarının səbəblərini araşdırmaq və nəzərə almaq lazımdır.ÿ Çünki ya bu millət əməlli-başlı təslimiyyətçi olur, ya mankurtlaşır, ya da eyni təranələri dəfələrlə yaşamaqdan bezmiş kimi “canları cəhənnəmə” deyir. ÿFransa ilə yaşanan bu müddətdə məncə, gözdən qaçmaması lazım olan ən əhəmiyyətli məsələ budur.
Mənə Parisdəki nümayişi xatırlatmaq istəyə bilərsiniz.ÿ 50 min Türkiyə, Azərbaycan vətəndaşı orada toplandı və böyük səs gətirdi, amma yalnız Türkiyədə və Fransada. Dünyanın başqa yerlərində bundan xəbər tutan da olmadı.ÿ Paris inləyirdi, lakin bəziləri bu səsi kəsməyə çalışdı və ümumi olaraq bacardı da.ÿ O halda, bu reaksiyalar mütləq olmalıydı, böyük etiraz səsləri hökmən qaldırılmalıydı.ÿIndi isə görüləcək başqa işlər də var.
2011-ci ilin mayından 23 yanvar 2012-yə qədər, yəni hər hansı bir dəyişiklik və ya seçki görməyən Senatda, bu 8 ay müddətdə nə dəyişdi ki, bu səfər qəbul edildi?ÿ Bu, senatorların ikiüzlülük problemidir, onların ədalət anlayışlarının göstəricisidir.
Əslində bu qanun Nikola Sarkozinin onaylamasının ardından birbaşa Fransanın problemi olacaq.
Çünki, bu qanun müzakirəsiz şəkildə ifadə azadlığına ziddir. ÿFransanın guya müdafiə etdiyi dəyərlərə ziddir.ÿ Bu qanun şəxsən soyqırımçı Fransanın etdiyi soyqırımların qanunla qəbul edilməsinin önünü açacaq.
Bu qanun, Avropa Insan Hüquqları Məhkəməsinə (AIHM) verilib Fransaya iddia açılmalıdır.
Fransa öz ölkəsində, öz silahıyla vurulmalıdır.
Türk millətini aşağılamağın əvəzini Fransa təzminatla ödəməlidir.
Bu qanun ikiüzlülüyün sənədidir.ÿYaxın tariximizdə, Dağlıq Qarabağda, Xocalıda ermənilərin etdiyi soyqırım gerçəyi ortadaykən, “ermənilərə soyqırım edilmişdir, bunu inkar edən cəzalanacaqdır” demək, gerçəkdən yaşananlara və tarixə “fransız qalmaqdan” başqa bir şey deyil.
Bu səbəblə Türkiyə hökumətinin Fransaya sanksiya qərarları alması, mənə uzaqda çalınan qaval səsi kimi xoş gəlir.ÿ Axı, yaxın keçmişdə də eşitdik bu sanksiyaları…
Yola verin əfəndim.
Bu iş, Fransanı beynəlxalq aləmdə məhkum etməkdən keçir ki, başqa yer cücələri çıxıb da bu cür qərarları almağa cəsarət edə bilməsin.
Yoxsa, biz davamlı bu saçmalıklamı uğraşacağız?